Ətraflı məlumat
İş barədə məlumat
- Audit planına uyğun audit yoxlamalarının aparılması;
- Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi;
- Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi;
- Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası;
- Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması;
- Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya;
- Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi;
- Müsahibələrin və yekun müzakirələrin təşkili;
- Audit hesabatlarının hazırlanması;
- Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Namizədə tələblər
- Ali təhsil- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə
- Sahə üzrə təcrübə - üstünlükdür
- Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
Texniki səriştəliklər
- Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür;
- Risk əsaslı audit yanaşmasının tətbiqi
- Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
- Audit testlərinin hazırlanması və icrası;
- Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili;
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar