Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Mühasibat

Mühasib

NBCO KredAqro
Razılaşma 24 baxış Elan #17669

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

10.06.2026

Bitmə tarixi

09.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.kredaqro.com

Kateqoriya

Mühasibat

İş barədə məlumat

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş ofisi üçün Mühasib  vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifə və öhdəliklər:

  • Əmək haqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesablamaların aparılması;
  • Mühasibat uçotunun aparılması;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və aktların hazırlanması;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması;
  • Debitor və kreditor borclarının izlənilməsi;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi;
  • Rəhbərliyin tələb etdiyi maliyyə hesabatlarının hazırlanması.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri; 
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Namizədə tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə və məsuliyyətlilik.
  • Əmək haqqı hesablamaları və əmək qanunvericiliyi üzrə praktiki biliklər;
  • E-gov və digər aidiyyəti dövlət portalları ilə işləmə bacarığı 

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur. 

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn