İş barədə məlumat
Sinteks Şirkətlər Qrupu – Premium-Lüks seqment üzrə “Xəzinədar” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və müraciət zamanı tələb olunan müvafiq bilik və bacarıqların qeyd edilməsini xahiş edirik.
Vəzifənin rolu: Pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
- Kassa aparatlarının və diqər avadanlıqların düzgün işləməsinə nəzarət etmək, yaranan problemlər barədə rəhbərliyə məlumat vermək;
- Mağazada məhsulları qəbul etmək və yoxlamalarda iştirak etmək;
- Mağazanın təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- Mağazada mövcud olan məhsulların və inventarların saxlanmasına və hərəkətinə nəzarət etmək;
- Kassa əməliyyatlarını həyata keçirmək;
- Gün ərzində yekun hesabat aparmaq, inkassasiya prosesini həyata keçirmək və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil vermək.
Namizədə tələblər
Professional biliklər:
- Kassa aparatı və POS-terminalın istismar qaydaları;
- Müştəri xidmətinin əsasları;
- MS Office və 1C Proqramları.
Təhsil:
- Orta təhsil;
- Ali təhsil arzuolunandır.
İş təcrübəsi:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Professional bacarıq və kompetensiyalar:
- Məsuliyyət;
- Detallara diqqət;
- Nizam-İntizam;
- Stressə davamlılıq.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar