Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
CV göndər
Maliyyə

Fraud Hallarının İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi

Kapital Bank
Razılaşma 30 baxış Elan #17365

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

08.05.2026

Bitmə tarixi

04.06.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Maliyyə

İş barədə məlumat

Vakansiya haqqında

 

  • Birbankda fraud risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz qərarların qəbulunda, indikatorların müəyyən edilməsi və onların mütəmadi yenilənməsində komanda işinə dəstək göstərə biləcək peşəkar namizədlər axtarışındayıq.

 

Öhdəliklər

 

  1. Bankın bütün kampaniya və stimullaşdırıcı tədbirlərində (lotereya, müsabiqə və s.) fraud risklərinin təhlili, rəy və təkliflərin verilməsi;
  2. Yeni və mövcud bank məhsulları, xidmətləri, layihələri üzrə fraud risklərinin qiymətləndirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
  3. Fraud idarəetməsinə dair daxili normativ sənədlərin yoxlanması, təkmilləşdirilməsi və yeni layihələrə rəy verilməsi;
  4. Yerli və beynəlxalq fraud tendensiyalarının izlənilməsi, qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  5. Fraud aşkarlanması üçün indikator, davranış ssenariləri və skorinq modellərinin təhlili və inkişaf etdirilməsi;
  6. Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  7. Fraud hallarının araşdırılması, səbəblərin təhlili və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;
  8. Fraud risklərinin idarə edilməsi siyasətinin icrasına nəzarət və bu sahədə “dözümsüzlük mədəniyyətinin” təşviqi;
  9. İşçi heyət üçün fraud risklərinə dair təlimlərin təşkili və bankdaxili kommunikasiyanın aparılması;
  10. Risk idarəetməsi, daxili audit və digər müdafiə xətləri ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi.

 

Təklif olunanlar

 

  1. İnkişaf imkanları
  2. Rəqabətli əmək haqqı və bonuslar
  3. Yüksək təminatlı sığorta
  4. Dəstəkləyici mühit
  5. Visa Premium əmək haqqı kartı
  6. Korporativ endirimlər
  7. Korporativ tədbirlər
  8. Əlavə məzuniyyət
  9. Güzəştli təhsil və işçi kredit

Namizədə tələblər

  1. Ali təhsilə (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə);
  2. Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
  3. Milli qanunvericilik və tənzimləyici tələblər üzrə biliklər və onlarla praktiki işləmə bacarığına;
  4. Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
  5. Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.);
  6. Araşdırma bacarığına;
  7. Bankçılıq və ya fintech sahəsində əlavə təcrübəyə sahib olmaq.

 

 

Maraqlanan namizədlər Müraciət et klik edərək müraciət edə bilərlər.