Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
CV göndər
Maliyyə

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

NBCO KredAqro
Razılaşma 98 baxış Elan #17348

Şəhər

Bakı

Yaş

25 - 45 yaş

Təhsil

Orta ixtisas

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

05.05.2026

Bitmə tarixi

05.06.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Maliyyə

İş barədə məlumat

  • “KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri:
  • Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.
  • Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.
  • Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.
  • Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.
  • Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.
  • Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.
  • Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi. ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:
  • ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.
  • Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.
  • Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.
  • Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).
  • Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.
  • Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.
  • Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.
  • FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.
  • Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.
  • Rus dili biliyi — mütləq tələbdir. Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. E-mail:recruitment@kredaqro.az / info@finstaff.az