İş barədə məlumat
Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir.
• Layihə büdcələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
• Planlaşdırılmış smeta ilə faktiki xərcləri müntəzəm müqayisə etmək;
• Xərc kənarlaşmaları (cost variance) analiz etmək və səbəblərini müəyyən etmək. Əgər varsa «lessen and learn» tətbiq edərək növbəti layihələrdə bu tipli səhvlərə yol verməmək
• Layihənin aylıq və həftəlik xərc hesabatları təqdim etmək;
• Layihənin cash flow və büdcə icrasını izləmə;
• Podratçılarla müqavilə imzalanmamışdan əvvəl qiymət təkliflərini mövcüd büdcə ilə müqayisə edərək lazımı pozisyalarda endirim və ya düzəliş etmək üçün danışıqların aparılmasını təşkil etmək;
• Qiymət Müqayisə Cədvəlində funkisyonal səvhlərin aradan qaldırılmasınını təmin etmək və bazar qiymətləri ilə verilmiş qiymətlər toplusunda qarşılaşdırma edərək yekun maliye hesabatı etmək;
• Variation analiz elemək;
• CMI – (Change Order ) sənədlərini yoxlamaq və təşkil etmək prosesi;
• Ehtiyac yarandıqda Tender Evaluation cədvəlinin tətbiqi ilə tender iştirakçılarının qiymətləndirilməsini təmin etmək;
• İPC və FPC lərin yoxlanılması;
• Digər lazımı tapşırıqları yerinə yetirilməsi.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır