Maliyyə
Büdcə planlama və hesabatlıq şöbəsinin baş mütəxəssisi (IFRS üzrə)
Premium Bank
Razılaşma
228 baxış
Elan #17304
İş barədə məlumat
- Struktur bölmə: Maliyyə Departamenti İşin təsviri:
- Kənar audit üçün məlumatların və təsdiqnamələrin toplanması
- Kənar auditin illik yoxlanılmasında iştirak və maliyyə hesabatlarının doğruluğunun yoxlanması
- Bank müştərilərindən keçirilən kənar audit ilə əlaqəli sorğuların cavablandırlması
- Likvidliyin örtülməsi əmsalı hesabatının gündəlik hazırlanması və təqdim edilməsi
- Xalis sabit maliyyələşmə nisbətinə dair hesabatın hazırlanması
- Məlumatların açıqlanması hesabatının tərtib edilməsi
- Qiymətli kağızlar portfeli IFRS-ə uyğun olaraq tərtib edilməsi
- IFRS 9 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi
- IFRS 16 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi
- Prudensial hesabat IFRS 9 əsasında tərtib edilib portala yüklənməsi
- Mərkəzi Bankdan daxil olan sorğuların cavablandırılması
- Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.
Namizədə tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi: Bank maliyyə və ya IFRS sahəsi üzrə minimum 3 il iş təcrübəsi
- Normativ biliklər: Bank mühasibatlığı, MHBS və IFRS standartları, Bankın normativ tələbləri üzrə praktiki biliklər
- Sertifikatlar: F7, DipIFR sertifikatı olması mütləqdir
- Xarici dillər: Rus və ingilis dilləri bilənlərə üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə)
- Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti. Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IFRS üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. E-mail:CV@premiumbank.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar