Maliyyə
Əməliyyat İnzibatçılığı Şöbəsinin mütəxəssisi (Sumqayıt filialı)
Bank Avrasiya
Razılaşma
182 baxış
Elan #17287
Ətraflı məlumat
İş barədə məlumat
- Satış strukturlarındakı kredit inzibatçıları vasitəsi ilə kreditin və girovun qanunvericiliyə, bankdaxili siyasət və qaydaların tələblərinə uyğun sənədləşməsini həyata keçirir
- Əsas bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarını əks olunmasına nəzarəti təmin edir
- Kreditlər üzrə BƏS-də yığılan kontraktların aidiyyəti kredit müqavilələrinin şərtlərinə uyğun (müqavilənin müddəti, illik faizi, vaxtıkeçmiş faizi və.s.) düzgün yığılmasını təmin edir və məsuliyyət daşıyır
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir
- Kreditləşməyə aid bütün digər arxa ofis funksiyalarını təşkil edir
- İmtina almış müraciətlərin reyestrini aparmaq və ilkin sənədlərin qovluqlaşdırılaraq saxlanılmasını təmin edir
- Kredit tranşlarına dair müxabirləşmələr verir
- Bilik səviyəsini artırmaq məqsədilə öz üzərində işləyir və Bankın təşkil etdiyi treninqlərdə iştirak edir
- Normativ və metodoloji sənədlərin, tövsiyyələrin habelə bu sənədlərə edilmiş dəyişikliklərin vaxtlı-vaxtında tanış olur və öz işində tətbiq edir
- Departament Direktorunun ona həvalə etdiyi digər vəzifələri həyata keçirir
Namizədə tələblər
- Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə)
- Maliyyə sahəsində 1 il iş təcrübəsi
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı. Xahiş olunur mövzu hissəsində Əməliyyat İnzibatçılığı Şöbəsinin mütəxəssisi (Sumqayıt filialı) vəzifəsini qeyd edib CV qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. cv@bankavrasiya.az/info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar