İş barədə məlumat
- Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
- KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
- İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
- Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
- Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi. Biz təklif edirik: Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Rəqabətqabiliyyətli əməkhaqqı Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı İş şəraiti: İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00) Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Namizədə tələblər
- Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi.
- Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması.
- İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq.
- Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
- Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı.
- Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək.
- Rus dilini mükəmməl bilməsi vacibdir. Şəxsi keyfiyyətlər: Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan. Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən. Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir. Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən. Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran. E-mail:recruitment@kredaqro.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar