Bank
Biznes proseslərin təhlili və optimallaşdırılması şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi
TuranBank ASC
Razılaşma
153 baxış
Elan #17235
Ətraflı məlumat
İş barədə məlumat
- Bankda mövcud biznes və biznesə dəstək proseslərinin analizini aparmaq
- Proseslərin mövcud xəritəsini yaratmaq və müntəzəm yeniləmək
- Proseslərin mövcud (As İs) modelini təsvir etmək, təhlil etmək, kamillik səviyyəsini müəyyən etmək
- Proseslərin təhlili zamanı avtomatlaşdırma imkanlarını təhlil etmək və müvafiq təkliflər vermək
- Prosesin yenidən dizaynını həyata keçirmək və gələcək (To Be) model üzrə təkliflər vermək
- Biznes proseslər üzrə xronometrajlar keçirmək
- Hər bir proses üzrə vaxt və əmək sərfiyyatını müəyyən etmək
- Proseslər üzrə sənədlərin reyestrini aparmaq
- Proseslərin optimallaşdırılması üzrə təklifləri aidiyyatı strukturlarla birgə razılaşdıraraq tətbiq etmək
- Proseslərin müddət, keyfiyyət, səmərəlilik və digər istiqamətlər üzrə müntəzəm ölçülməsi və təkmilləşdirilməsi üzrə meyarlar hazırlamaq
- Meyarlar üzrə ölçmələrin avtomatlaşdırılması üçün təkliflər vermək, avtomatlaşdırma səviyyəsini izləmək
- Meyarlara əsaslanmaqla dövri olaraq təkmilləşdirmə təklifləri hazırlamaq.
Namizədə tələblər
- Ali təhsili (iqtisadi, riyazi və ya texniki)
- Bank işi sahəsi üzrə biliklər
- Problem həll etmə bacarığı
- Fərdi və komanda ilə işləmək qabiliyyəti
- Bank işi və proses optimallaşdırılması sahəsində minimum 2 il iş təcrübəsi
- Analitik və yaradıcı düşüncə qabiliyyəti
- MS Word və MS Excel proqramlarından istifadə etmə bacarığı
- BPMN 2.0 bilikləri
- MS Visio, Draw IO kimi alətlərdən istifadə bacarıqları
- Lean Six Sigma, CBAP, CBPP, OCEB 2 sertifikatlarından hər hansı birinin olması üstünlükdür
- Dil bilikləri: Azərbaycan (səlis), İngilis (orta). E-mail:cv@turanbank.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar