Maliyyə
Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi (Data analitika üzrə)
Xalq Bank
Razılaşma
134 baxış
Elan #17202
Ətraflı məlumat
İş barədə məlumat
- Bank xidmət və məhsullar üzrə performans metriklərinin (ROI, istifadə göstəriciləri və s.) izlənilməsi və dövri analitik hesabatların hazırlanması
- Bazar, müştəri və digər data əsasında məhsulun təkmilləşdirilməsi üzrə analitik təkliflərin hazırlanması və biznes-case-lərin formalaşdırılması
- Alternativ xidmət kanallarının (terminal şəbəkəsi, məsafədən və rəqəmsal bankçılıq xidmətləri) səmərəliliyinin analitik təhlili
- Bank fəaliyyətinin müxtəlif sahələrinə dair analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Bankın əməliyyat tariflərində nəzərdə tutulan dəyişikliklərin iqtisadi təhlili və nəticələrin hesabatlı şəkildə təqdim olunması.
Namizədə tələblər
- Magistr təhsili
- Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi
- Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı
- Hesabatlılıq və təqdimat bacarıqları
- MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı, Oracle SQL üzrə baza bilikləri
- Tableau və ya Power BI üzrə data vizuallaşdırma bacarıqları
- Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı
- Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı
- İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər. Vakansiya haqqında Vakansiya növü Tam ştat Təcrübə 3-4 il Vəzifə dərəcəsi Mütəxəssis Təhsil Magistr E-mail:cv@xalqbank.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar