Bank
SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssis
Unibank Kommersiya Bank
Razılaşma
9 baxış
Elan #18777
Ətraflı məlumat
İş barədə məlumat
- SME və korporativ müştərilərin kredit müraciətləri üzrə maliyyə və qeyri-maliyyə təhlilinin aparılması;
- Borcalanların maliyyə vəziyyətinin, pul axınlarının və kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Maliyyə hesabatlarının, biznes planlarının və digər müvafiq sənədlərin təhlil edilməsi;
- Kredit risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, habelə müvafiq risk rəylərinin hazırlanması;
- Kredit təklifləri üzrə anderraytinq rəylərinin və qərar layihələrinin hazırlanması;
- Müştərilərin fəaliyyət göstərdiyi sektorlar üzrə bazar və sənaye təhlillərinin aparılması;
- Kredit siyasətinə, prosedurlara və daxili qaydalara uyğunluğun təmin edilməsi;
- Kredit komitələri üçün təqdimatların və hesabatların hazırlanması;
- Kredit portfelinin keyfiyyətinin monitorinqində iştirak edilməsi;
- Risklərin idarə edilməsi və biznes bölmələri ilə sıx əməkdaşlığın həyata keçirilməsi.
Namizədə tələblər
- Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Bank sektorunda SME və ya korporativ kredit təhlili və anderraytinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi üzrə biliklər;
- Kredit risklərinin qiymətləndirilməsi sahəsində peşəkar bilik və bacarıqlar;
- MS Word, MS Excel, Outlook və digər ofis proqramlarından istifadə bacarığı;
- Analitik düşünmə və qərarvermə bacarıqları;
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar