Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Bank

Birbaşa Satışlar Bölməsinin Kiçik Mütəxəssisi (Qarabağ)

Kapital Bank
Razılaşma 12 baxış Elan #18742

Ətraflı məlumat

Şəhər

Qarabağ

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

05.11.2026

Bitmə tarixi

31.12.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Bank

İş barədə məlumat

Vakansiya haqqında

 

Birbankın Birbaşa satışlar bölməsində Qarabağ regionunda satış şəbəkəsinin genişlənməsində birbaşa iştirak edərək potensial müştərilərlə və tərəfdaşlarla aktiv ünsiyyət quracaqsan. Region üzrə sahə görüşlərinin keçirilməsi, bank məhsullarının birbaşa təqdimatı və satışı, yeni müştərilərin cəlb olunması və satış nöqtələrində xidmət keyfiyyətinin yüksəldilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.

Öhdəliklər

  • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
  • Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
  • Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
  • Bankın filiallarına yönləndirilməsi;
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.

Təklif olunanlar

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Namizədə tələblər

  • Ali təhsil;
  • Satış bacarığı;
  • Dəyişən mühitə çevik adaptasiya;
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • Dəyişən mühitə çevik adaptasiya;
  • Davamlı öyrənmə və inkişaf həvəsi;
  • Müştəriyönümlü yanaşma.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn