Bank
Risklərin idarə edilməsi departamenti, Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis
Expressbank ASC
Razılaşma
19 baxış
Elan #18375
Ətraflı məlumat
İş barədə məlumat
- Kredit portfelinin məhsul, sektor, müştəri seqmenti və digər əsas göstəricilər üzrə təhlil edilməsi, əsas kredit risk indikatorlarının monitorinqi və risk meyillərinin müəyyənləşdirilməsi;
- Kredit risklərinin stress-test, ssenari və sensitivlik təhlilləri, o cümlədən Vintage, Roll-Rate/Migration və digər analizlər vasitəsilə qiymətləndirilməsi, nəticələr üzrə təklif və fəaliyyət planlarının hazırlanması;
- Bankın əsas risk göstəricilərinin, limitlərinin və Risk İştahası indikatorlarının monitorinqi, kənarlaşmaların müəyyən edilməsi və müvafiq tədbirlərin koordinasiyası;
- IFRS 9/ECL və prudensial ehtiyatlar üzrə məlumatların hazırlanması və yoxlanılması, ehtiyatların dinamikasının təhlili və proqnozlaşdırılması, kənar audit prosesində iştirak edilməsi;
- Daxili risk reytinqi və scoring sistemlərinin dövri əks-yoxlanılması və validasiyası, model performansının qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;
- Kredit risklərinin təhlili və idarə edilməsi üzrə qayda, metodologiya və prosedurların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edilməsi;
- Bankın likvidlik mövqeyinin, LCR, NSFR, ani likvidlik, likvidlik GAP-ı, likvidlik buferi və maliyyələşmə mənbələrinin monitorinqi, likvidlik riskləri üzrə stress-test və ssenari təhlillərində iştirak edilməsi;
- Faiz dərəcəsi, valyuta və digər bazar risklərinin, o cümlədən açıq valyuta mövqeyi, faiz həssaslığı və risk limitlərinin monitorinqi, bazar riskləri üzrə stress-test və həssaslıq təhlillərində iştirak edilməsi.
Namizədə tələblər
- Ali təhsil (iqtisadi, maliyyə, statistika, riyazi və ya əlaqəli sahə üzrə ixtisas);
- Kredit, bazar və likvidlik risklərinin təhlili sahəsi üzrə iş təcrübəsi;
- Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklər;
- Microsoft Office proqramları və Oracle SQL üzrə yüksək səviyyədə işləmək bacarığı;
- Likvidlik və bazar riskləri üzrə biliklər və praktiki təcrübə arzuolunandır;
- FRM, CFA və ACCA sertifikatlarının olması arzuolunandır;
- Analitik və tənqidi düşünmə, təhlil və qərarvermə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və çeviklik;
- Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar