Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Bank

Rəqəmsal dələduzluğun monitorinqi üzrə mütəxəssis

Kapital Bank
Razılaşma 7 baxış Elan #18839

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

19.11.2026

Bitmə tarixi

24.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Bank

İş barədə məlumat

  • Öhdəliklər
  • Partnyorların (Merchant) fəaliyyətini və kart əməliyyatlarını monitorinq etmək, potensial dələduzluq risklərini müəyyənləşdirmək;
  • Yeni partnyorların risk qiymətləndirilməsində iştirak etmək və mövcud partnyorlar üzrə davamlı monitorinq aparmaq;
  • POS və E-commerce terminallarının əməliyyat göstəricilərini, limitlərini və parametrlərini izləmək;
  • Kart əməliyyatlarının həcmini, tezliyini və məbləğlərini təhlil edərək qeyri-adi əməliyyat davranışlarını aşkar etmək;
  • Şübhəli əməliyyatları, fraud, chargeback və dispute hallarını araşdırmaq və riskləri qiymətləndirmək;
  • 3D Secure, Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə potensial riskləri müəyyən etmək;
  • Visa və Mastercard ödəniş sistemlərinin qaydalarına uyğun risk monitorinqini həyata keçirmək;
  • Aşkar edilmiş risklərin azaldılması və dələduzluq hallarının qarşısının alınması üçün təkliflər hazırlamaq;
  • Monitorinq proseslərinin və mövcud risk nəzarəti mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.

Təklif olunanlar

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Namizədə tələblər

  • Maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank, ödəniş sistemləri və ya maliyyə sektorunda Fraud Risk, Fraud Monitoring və ya Risk Management sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Partnyorların (Merchant) cəlb olunması (onboarding), risk qiymətləndirilməsi və davamlı monitorinqi üzrə bilik və ya təcrübə;
  • POS və E-commerce terminallarının iş prinsipləri, əməliyyat limitləri və parametrləri üzrə biliklər;
  • 3D Secure (3DS), Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə biliklər;
  • Kart əməliyyatlarının həcmi, tezliyi və məbləğləri üzrə məlumatların təhlili bacarığı;
  • Fraud, chargeback və dispute hallarının araşdırılması və risklərin müəyyən edilməsi bacarığı;
  • Şübhəli partnyor fəaliyyətini, qeyri-adi əməliyyatları və potensial dələduzluq sxemlərini müəyyən etmək bacarığı;
  • Visa və Mastercard ödəniş sistemlərinin qaydaları və risk mexanizmləri üzrə biliklər;
  • MS Excel proqramında məlumatların təhlili bacarığı;
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • SQL bilikləri üstünlükdür;
  • Visa Risk Manager, Mastercard risk alətləri və digər fraud monitorinq sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Merchant Fraud və Transaction Laundering riskləri üzrə biliklər üstünlükdür.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

Oxşar İş Elanları

Eyni kateqoriyadan vakansiyalar