Bank
Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin təhlili şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis
Expressbank ASC
Razılaşma
21 baxış
Elan #18360
Ətraflı məlumat
İş barədə məlumat
- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi;
- İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması;
- Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi;
- Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak;
- Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak;
- Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə;
- Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması.
Namizədə tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
- Analoji sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
- MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır);
- Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər;
- Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
- Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Kommunikasiya bacarıqları.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar