Ətraflı məlumat
İş barədə məlumat
- Bazarın rüblük əsasda təhlilini aparmaq;
- İstehlakçıların dad və məhsul seçimlərini aylıq əsasda təhlil etmək və yeni məhsulların buraxılması ilə bağlı təkliflər hazırlamaq;
- Satışda olan məhsulların rentabelliyini həftəlik əsasda təhlil etmək;
- Satış reytinqi, ABC-analiz və digər göstəricilər əsasında məhsulların effektivliyini qiymətləndirmək;
- Yeni məhsulların hazırlanması və bazara çıxarılması prosesini koordinasiya etmək;
- Yerli istehlakçı seçimlərinə uyğun inqrediyent və aktual reseptləri araşdırmaq;
- Yeni məhsulların buraxılışı üzrə kartları müvafiq təlimata uyğun hazırlamaq və aparmaq;
- Yeni məhsullar üçün qablaşdırma və tara məsələlərini marketinq və təchizat şöbələri ilə koordinasiya etmək;
- Məhsul buraxılışlarının müddətlərini təsdiq edilmiş məhsul təqviminə uyğun izləmək;
- Müştərilərdən daxil olan məhsul rəylərini təhlil etmək;
- Görülmüş işlər barədə hesabatlar hazırlamaq və təqdim etmək.
Namizədə tələblər
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan və Rus dillərində mükəmməl yazı və danışıq qabiliyyəti
İş təcrübəsi: minimum 3 il
Bilik və bacarıqlar:
- Bazarın və bazar trendlərinin təhlili;
- İstehlakçıların dad və məhsul seçimlərinin təhlili;
- Məhsulların satış göstəricilərinin və rentabelliyinin təhlili;
- ABC-analiz və digər satış analizləri üzrə biliklər;
- Yeni məhsulların hazırlanması və bazara çıxarılması prosesinin koordinasiyası;
- Yeni məhsullar üçün inqrediyent və reseptlərin araşdırılması;
- Məhsul qablaşdırılması və tara seçimi üzrə proseslərin koordinasiyası;
- Müxtəlif şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Məhsul buraxılışlarının planlaşdırılması və müddətlərə nəzarət;
- Müştəri rəylərinin təhlili;
- Hesabatların hazırlanması və təqdim edilməsi;
- Analitik düşüncə və problem həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Məhsul İnkişafı üzrə Menecer” başlığı ilə info@finstaff.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar