Ətraflı məlumat
İş barədə məlumat
- Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- Qida təhlükəsizliyi tələblərinin icrasına nəzarət etmək;
- İş yerlərində təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək;
- Əməyin mühafizəsi və qida təhlükəsizliyi üzrə müəyyən edilmiş qayda və prosedurların icrasına nəzarət etmək;
- Qida sektorunda tətbiq olunan təhlükəsizlik və qida təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
- Müvafiq yoxlama və auditlər zamanı tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək.
Üstünlük hesab olunur:
- HACCP üzrə sertifikat və ya müvafiq təlim keçmiş olması;
- IOSH sertifikatının olması;
- ISO 45001 üzrə sertifikatın olması;
- FHN SƏTƏM kursu sertifikatının olması;
- Qida sektorunda SƏTƏM və qida təhlükəsizliyi üzrə iş təcrübəsinin olması;
Namizədə tələblər
Təhsil: Ali təhsil (Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, qida mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil olması üstünlükdür)
Dil bilikləri: Azərbaycan, Rus
İş təcrübəsi: 2-3 il
Bilik və bacarıqlar:
- İstehsalat müəssisəsində azı 2-3 il iş stajı. Restoran və ya ictimai iaşə sahəsində iş təcrübəsinin olması tələb olunur.
- Əməyin mühafizəsi və qida təhlükəsizliyi üzrə müvafiq biliklərin olması;
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qanunvericiliyini bilməsi;
- ISO 22000 və ISO 45001 standartları üzrə biliklər;
- Əməyin mühafizəsi və qida təhlükəsizliyi üzrə müvafiq təlim və sertifikatların olması;
- Yanğın təhlükəsizliyi və ilkin tibbi yardım üzrə təlimlərin olması.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “SƏTƏM və Qida Təhlükəsizliyi üzrə Mühəndis” başlığı ilə info@finstaff.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar