Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Bank

Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Kapital Bank
Razılaşma 10 baxış Elan #17744

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

16.06.2026

Bitmə tarixi

16.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Bank

İş barədə məlumat

Biz şöbəmizə müxtəlif kanallardan daxil olan müraciətləri diqqətlə araşdıran, daxil olan sorğulara operativ və rəsmi cavab verən, həmçinin mütəmadi hesabatlar hazırlayan, baş vermiş fraud hallarını mütamadi analiz edən və qablayıcı tədbirlər görülməsi üçün təkliflər verən , monitorinqlər aparan və Yerli Şöbə Bölmələrində (YSB) yerində yoxlamalar həyata keçirən məsuliyyətli əməkdaş axtarırıq.

 

Öhdəliklər

  • Daxil olmuş müraciətlərdə şübhəli məqam aşkar olduqda təxirəsalınmaz tədbirlərin görülməsi;
  • Dövlət və digər qurumlar tərəfindən daxil olmuş sorğuların icrası;
  • Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi;
  • Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması və tədbirlərin görülməsi;
  • Zərurət yarandıqda YSB-lərdə dələduzluq hallarına dair yerində baxış və ya araşdırmaların aparılması;
  • Aşkarlanmış hallarla bağlı hesabatın tərtib edilməsi; Rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi;
  • Müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması; Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
  • Daxildə yeni layihələrdə iştirak etmək və lazım olduqda digər strukturlarla keçirilən müzakirə və görüşlərə qoşulması;
  • Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icrası.

Təklif olunanlar

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə).
  • Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
  • Basel prinsipləri və digər beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
  • Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.)
  • SQL bilikləri və məlumatları təhlil etmək və nəticələr çıxarmaq qabiliyyətinə sahib olmaq.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn