Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Sığorta

Qəbul Olunan Təkrarsığorta üzrə Sektor Rəhbəri

PASHA Insurance
Razılaşma 10 baxış Elan #17610

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

02.06.2026

Bitmə tarixi

02.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Sığorta

İş barədə məlumat

  • PAŞA Sığorta ASC namizədləri Qəbul Olunan Təkrarsığorta üzrə Sektor Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Bu vəzifə şirkətin qəbul olunan təkrarsığorta strategiyasının formalaşdırılması, portfelin inkişafı və idarə olunması, risklərin qiymətləndirilməsi, tərəfdaşlarla effektiv əməkdaşlığın qurulması və sektorun fəaliyyətinin yüksək səviyyədə təşkili üzrə əsas məsuliyyət daşıyır. Rəhbər olaraq, daxili prosedurlar və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi, komanda idarəetməsi və sektorun davamlı inkişafına töhfə vermək əsas prioritetlərdəndir.
     

    Öhdəliklər

  • Qəbul olunan təkrarsığorta strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
  • Qəbul olunan təkrarsığorta portfelinin inkişaf etdirilməsi və idarə olunması;
  • Yerli və beynəlxalq brokerlər, sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
  • Qəbul olunan fakultativ və obliqator təkrarsığorta təkliflərinin təhlili və qiymətləndirilməsi;
  • Risklərin anderraytinq prinsiplərinə uyğun qiymətləndirilməsi və qərarvermə prosesində iştirak;
  • Təkrarsığorta müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət;
  • Qəbul olunan portfel üzrə risk monitorinqi və analitik hesabatların hazırlanması;
  • Daxili prosedurlar və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi;
  • Qəbul olunan təkrarsığorta əməliyyatlarının effektiv və balanslı şəkildə aparılmasının təmin edilməsi;
  • Sektor əməkdaşlarının fəaliyyətinin təşkili, inkişafı və iş bölgüsünün koordinasiyası;
  • Təkrarsığorta şöbəsinin rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə icra olunmasının təmin edilməsi.

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar;
  • Şirkətin davamlı inkişafında və innovativ layihələrdə iştirak etmək imkanı;
  • Şəffaf və açıq korporativ mühit;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Namizədə tələblər

Bilik və Bacarıqlar

  • Qəbul olunan təkrarsığorta üzrə biliklər;
  • Fakultativ və obliqator təkrarsığorta mexanizmləri üzrə təcrübə;
  • Risk qiymətləndirmə və analitik düşünmə bacarığı;
  • Təkrarsığorta müqavilələri və şərtləri ilə işləmə bacarığı;
  • Portfel idarəetməsi və hesabatlıq üzrə anlayış;
  • Brokerlər və biznes tərəfdaşları ilə effektiv ünsiyyət bacarığı;
  • Komanda idarəetməsi və koordinasiya bacarıqları;
  • Microsoft Office (Outlook, Word, Excel, PowerPoint və s.) bilikləri;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya riyaziyyat sahəsində;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Sahə üzrə sertifikatların (məsələn, CII) olması üstünlükdür.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn