Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Sığorta

Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı mütəxəssis

PASHA Insurance
Razılaşma 20 baxış Elan #18834

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

18.11.2026

Bitmə tarixi

18.12.2026

Əlaqədar şəxs

HR

Telefon

----

Kateqoriya

Sığorta

İş barədə məlumat

PAŞA Sığorta ASC namizədləri Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə, şirkətin debitor borclarının effektiv idarə olunması, ödəmələrin vaxtında alınmasının təmin edilməsi və bütün müvafiq əməliyyatların dəqiq qeydiyyatının aparılması üçün məsuliyyət daşıyır. Aparıcı mütəxəssis olaraq siz, gəlirlərin təmin edilməsi məqsədilə hesabatların yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsində mühüm rol oynayacaqsınız.

Öhdəliklər

  • Müştəri hesabları, hesab-fakturalar, sığorta haqları və ödənişlər üzrə debitor hesablaşmalarını idarə etmək, müştərilərin sorğularını araşdıraraq operativ həllini təmin etmək.
  • Debitor borclarını gündəlik izləmək, gecikmiş və riskli borcları müəyyənləşdirmək, borcların vaxtında ödənilməsi üçün müştərilər və aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək.
  • Müştərilərdən gözlənilən daxilolmalar üzrə həftəlik və aylıq proqnozlar hazırlamaq, faktiki nəticələri təhlil etmək və pul axınının planlaşdırılmasına dəstək göstərmək.
  • Müştəri hesablarında yaranan kredit qalıqlarını, artıq və ya əsassız ödənişləri araşdırmaq və onların düzgün tənzimlənməsini təmin etmək.
  • Debitor hesablaşmaları üzrə məlumatların düzgünlüyünü təmin etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması təşəbbüslərində iştirak etmək.
  • Debitor borclarının müəyyən edilmiş müddətlərdə ödənilmədiyi hallarda sığorta şəhadətnamələri üzrə xitam prosesini həyata keçirmək.
  • Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunan prudensial və digər tənzimləyici hesabatların hazırlanmasında iştirak etmək, aidiyyəti məlumatların düzgünlüyünü təmin etmək.
  • Birbaşa rəhbərin vəzifə fəaliyyətinə uyğun digər tapşırıqlarını yerinə yetirmək.

 

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

 

Namizədə tələblər

Bilik və Bacarıqlar

  • Sığorta qanunvericiliyi üzrə yaxşı biliklər;
  • MS Office proqramları (Excel, Word, PowerPoint, Power BI) üzrə biliklər;
  • Komandada işləmək və güclü ünsiyyət bacarıqları;
  • Vaxtın idarə olunması bacarığı;
  • Məlumatların məxfiliyini qorumaq bacarığı;
  • Detallara diqqət və analitik düşüncə;
  • Təşəbbüskarlıq və problemləri həll etmə bacarığı;
  • Stresə davamlılıq;
  • ACCA (F3) sertifikatı arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat);
  • Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində 3 il iş təcrübəsi.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn