Bank
Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Unibank ASC
Razılaşma
8 baxış
Elan #17539
Ətraflı məlumat
İş barədə məlumat
- Erkən xəbərdarlıq sistemi (EWS) üzrə əsas risk siqnallarının (gecikmələr, ödəniş davranışı, dövriyyə azalmaları, anomaliyalar) gündəlik izlənməsi və yüksək riskli müştərilərin müəyyən edilməsi.
- Risk səviyyəsinə uyğun olaraq müştərilərin biznes ünvanlarına səfərlərin planlaşdırılması və həyata keçirilməsi, faktiki fəaliyyətin, ticarət dövriyyəsinin və aktivlərin mövcudluğunun yoxlanılması;
- Kredit vəsaitinin biznes məqsədi ilə istifadə olunmasının sənədlər və faktiki sübutlar (çeklər, POS hesabatları, foto və s.) əsasında qiymətləndirilməsi;
- Aşkarlanmış risklər və uyğunsuzluqlar üzrə rəyin hazırlanması, düzəldici tədbirlərin (CAPA) təklif edilməsi və icrasının izlənməsi;
- Monitorinq nəticələrinə əsasən kreditlərin risk kateqoriyasına təsirinin qiymətləndirilməsi, restrukturizasiya və ya digər risk tədbirləri üzrə rəylərin verilməsi;
- Yüksək riskli hallar üzrə kreditlərin saxlanılması, məhdudlaşdırılması və ya restrukturizasiyası ilə bağlı təkliflərin hazırlanması və müvafiq komitələrə təqdim edilməsi;
- Aparılan monitorinqlər üzrə qısa və aydın risk hesabatlarının hazırlanması, rəhbərlik və audit sorğuları üçün məlumatların təmin edilməsi;
- Monitorinq və EWS yanaşmalarının təkmilləşdirilməsində iştirak, daxili qaydalara və etik tələblərə riayət olunmasına nəzarət.
Namizədə tələblər
- Maliyyə, bank işi, audit və ya risk sahələri üzrə ali təhsil;
- ACCA, CIA, FRM və digər müvafiq peşəkar sertifikatlar arzuolunandır;
- Bank sahəsində minimum 2 il iş təcrübəsi (mikro, kredit monitorinqi/anderraytinq/audit/risk), sahə yoxlamaları və komitə təqdimatı təcrübəsi;
- Klassifikasiya–ehtiyat qaydaları, mikrokredit prosesi, RSTX mexanizmi və sübutların qiymətləndirilməsi;
- MS Excel və BI proqramları, eləcə də DMS/LOS sistemləri ilə işləmə bacarığı;
- Güclü analitik düşüncə.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar