Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Unibank ASC
Razılaşma
finstaff.az
Elan #17539
21.05.2026
Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Kredit mütəxəssisi
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
21.05.2026
Bitmə tarixi
21.06.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.unibank.az
İş barədə məlumat
Erkən xəbərdarlıq sistemi (EWS) üzrə əsas risk siqnallarının (gecikmələr, ödəniş davranışı, dövriyyə azalmaları, anomaliyalar) gündəlik izlənməsi və yüksək riskli müştərilərin müəyyən edilməsi.
Risk səviyyəsinə uyğun olaraq müştərilərin biznes ünvanlarına səfərlərin planlaşdırılması və həyata keçirilməsi, faktiki fəaliyyətin, ticarət dövriyyəsinin və aktivlərin mövcudluğunun yoxlanılması;
Kredit vəsaitinin biznes məqsədi ilə istifadə olunmasının sənədlər və faktiki sübutlar (çeklər, POS hesabatları, foto və s.) əsasında qiymətləndirilməsi;
Aşkarlanmış risklər və uyğunsuzluqlar üzrə rəyin hazırlanması, düzəldici tədbirlərin (CAPA) təklif edilməsi və icrasının izlənməsi;
Monitorinq nəticələrinə əsasən kreditlərin risk kateqoriyasına təsirinin qiymətləndirilməsi, restrukturizasiya və ya digər risk tədbirləri üzrə rəylərin verilməsi;
Yüksək riskli hallar üzrə kreditlərin saxlanılması, məhdudlaşdırılması və ya restrukturizasiyası ilə bağlı təkliflərin hazırlanması və müvafiq komitələrə təqdim edilməsi;
Aparılan monitorinqlər üzrə qısa və aydın risk hesabatlarının hazırlanması, rəhbərlik və audit sorğuları üçün məlumatların təmin edilməsi;
Monitorinq və EWS yanaşmalarının təkmilləşdirilməsində iştirak, daxili qaydalara və etik tələblərə riayət olunmasına nəzarət.
Namizədlərə tələblər
Maliyyə, bank işi, audit və ya risk sahələri üzrə ali təhsil;
ACCA, CIA, FRM və digər müvafiq peşəkar sertifikatlar arzuolunandır;
Bank sahəsində minimum 2 il iş təcrübəsi (mikro, kredit monitorinqi/anderraytinq/audit/risk), sahə yoxlamaları və komitə təqdimatı təcrübəsi;
Klassifikasiya–ehtiyat qaydaları, mikrokredit prosesi, RSTX mexanizmi və sübutların qiymətləndirilməsi;
MS Excel və BI proqramları, eləcə də DMS/LOS sistemləri ilə işləmə bacarığı;
Güclü analitik düşüncə.
Maraqlanan namizədlərMüraciət etüzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: