Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Maliyyə Nəzarəti üzrə Böyük Mütəxəssis

OBA marketlər şəbəkəsi
Razılaşma 19 baxış Elan #17502

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

19.05.2026

Bitmə tarixi

19.06.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

Job.Oba.com.az

Kateqoriya

Maliyyə

İş barədə məlumat

  • Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
  • Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
  • Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
  • Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
  • Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
  • SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
  • Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
  • Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
  • Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
  • Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək

 

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
  • Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi
  • ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
  • Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
  • Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
  • ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
  • Güclü analitik düşüncə və dəqiqlik
  • Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya

Vakansiya növü - Tam ştat

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn