Maliyyə
Maliyyə əməliyyatları, xəzinə və bank hesablaşmaları üzrə mütəxəssis (müvəqqəti)
Group Motors
1000 - 1200 AZN
198 baxış
Elan #17289
İş barədə məlumat
- Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir. Əsas vəzifələr:
- Gündəlik bank əməliyyatlarının icrası və internet bankçılıq üzərindən ödənişlərin hazırlanması
- Daxil olan və çıxan ödənişlərin nəzarəti, təsdiqi və üzləşdirilməsi
- Debitor borcların izlənməsi, ödənişlərin uçotu və hesabatı
- Kreditor öhdəliklərinin vaxtında ödənilməsi və nəzarəti
- Müştəri və təchizatçılarla hesablaşmaların uzlaşdırılması
- Bank çıxarışlarının yoxlanılması və 1C sisteminə işlənməsi
- Gündəlik cash flow və ödəniş planlamasına dəstək
- Kassa əməliyyatlarının aparılması və nəzarəti
- Maliyyə sənədlərinin hazırlanması və arxivləşdirilməsi. Biz nə təklif edirik: Peşəkar və dəstəkçi iş mühiti Təcrübə qazanmaq və inkişaf imkanları Sabit və strukturlaşdırılmış iş prosesi Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı Əmək Haqqı: 1000-1200 AZN
Namizədə tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə təhsil
- Bank əməliyyatları, debitor və kreditor hesablaşmaları üzrə ilkin təcrübə üstünlükdür
- 1C proqramında sərbəst işləmək bacarığı
- Excel-də baza və ya orta səviyyə biliklər (Pivot, VLOOKUP üstünlükdür)
- Ödəniş tapşırıqları və bank sənədləri ilə işləmə bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Vaxtında işlərin icrası və məsuliyyətlilik. Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) mövzu yerinə Xəzinədar qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərsinlər. E-mail:cv@groupmotors.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar