İş barədə məlumat
- Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması
- Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi
- Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
- Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Namizədə tələblər
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır)
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları
- Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə)
- Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı)
- SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır
- Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə)
- Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti
- Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti
- İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti
- Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti. Vakansiya haqqında Vakansiya növü Tam ştat Təcrübə 1-2 il Təhsil Magistr E-mail:cv@xalqbank.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar