Ətraflı məlumat
İş barədə məlumat
Daxili audit funksiyasında data əsaslı audit və davamlı audit yanaşmalarının tətbiqi və inkişafına aktiv töhfə vermək, o cümlədən analitik nəzarət mexanizmlərinin və avtomatlaşdırılmış audit prosedurlarının qurulmasında iştirak etmək.
- Audit proqramlarının hazırlanması, audit prosedurlarının icrası və audit sübutlarının toplanması istiqamətində dəstək;
- Audit nəticələri üzrə müşahidələrin, risk qiymətləndirmələrinin və tövsiyələrin hazırlanmasında dəstək;
- Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin müntəzəm təqibi;
- Risk əsaslı audit yanaşmasının və daxili audit metodologiyasının inkişafına töhfə verilməsi;
- Data analitika alətlərindən istifadə etməklə audit prosedurlarının icrasında iştirak edilməsi və audit sübutlarının analitik üsullarla əldə edilməsinin təmin edilməsi;
- Daxili audit funksiyası daxilində davamlı audit (continuous auditing) və davamlı monitorinq yanaşmalarının qurulması və tətbiqi istiqamətində Data Analitikası və Avtomatlaşdırma komandası ilə əməkdaşlıq edilməsi;
- Təkrarlanan audit yoxlamalarının avtomatlaşdırılması və analitik əsaslı audit yanaşmalarının inkişafına töhfə verilməsi.
Namizədə tələblər
- İqtisadiyyat, IT, statistika, data science və ya əlaqəli sahə üzrə təhsil;
- Kreditləşmə, əməliyyat, data analitika, biznes analitika, risk analitikası və ya audit analitikası sahəsində minimum 1 il iş təcrübəsi;
- SQL sorğu dili vasitəsilə aşağıdakı tapşırıqları icra edə bilmə: Məlumatların filtrlənərək çıxarılması və təhlili; Prosedurlar yazmaq proseslərin avtomatlaşdırılması; Create, insert funksiyalarından istifadə etməklə cədvəllər yarada bilmə; Parsing alətlərindən istifadə edə bilmə;
- Python proqramlaşdırma dili vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması;
- Portfel simulyasiyalarının aparılması, müxtəlif risk ssenariləri üzrə portfelin təhlilinin həyata keçirilməsi;
- Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması;
- Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər;
- Proseslərin, risklərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi bacarığı;
- Ünsiyyət, komandada işləmə və təşəbbüskarlıq bacarıqları;
- İngilis dili üzrə texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar