Bank
İnşaatçılar Filialının Mikrokreditlər Bölməsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Kapital Bank
Razılaşma
66 baxış
Elan #18556
Ətraflı məlumat
İş barədə məlumat
Birbankın İnşaatçılar filialında Mikro kreditlər bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Təklif olunanlar
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişafi
- ;Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
Namizədə tələblər
- Ali təhsil;Sahə üzrə ən az 1 il iş təcrübəsi ;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
- Satış bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Sahiblənmə və məsuliyyət hissi.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar