Lombard Kreditlərinin Təqibi üzrə Kiçik Mütəxəssis
City Finance BOKTƏtraflı məlumat
İş barədə məlumat
“City Finance” BOKT MMC Lombard Kreditlərinin Təqibi üzrə Kiçik Mütəxəssis vakansiyasını elan edir.
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
- Gecikmədə olan kredit portfellərinin təqib edilməsi;
- Kredit üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması;
- Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi;
- Ödənişin gecikməsi ilə bağlı rəsmi bildirişlərin hazırlanması və ünvanlarında görüşlərin keçirilməsi.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: 400 AZN + bonus
Namizədə tələblər
- 21-29 yaş aralığında gənclər;
- Ali təhsil;
- Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
- Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq;
- Çevik qərar qəbuletmə, nəticə yönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar