Bank
Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin aparıcı / böyük mütəxəssisi
Xalq Bank
Razılaşma
18 baxış
Elan #18351
Ətraflı məlumat
İş barədə məlumat
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili
- Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.
Namizədə tələblər
- İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili;
- Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3-5 il iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları;
- Kredit və kontragent risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək;
- Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
- Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar;
- Kreditləşmə fəaliyyəti üzrə risk limitlərini və əmsalları hesablamaq və bu limitlərə riayət edilməsinə nəzarət üzrə bacarıqlar;
- Kredit portfeli üzrə iflas olma ehtimalı verilməklə ümumi portfelin potensial iflas (default) həcmini proqnozlaşdırmaq üzrə bacarıqlar;
- Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Excel bilikləri vacibdir;
- Python, SQL, Power BI bilikləri arzuolunandır.
- İngilis və rus dili bilikləri;
- CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar