Bank
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə kiçik Mütəxəssis (Sumqayıt)
Unibank ASC
Razılaşma
12 baxış
Elan #18297
Ətraflı məlumat
İş barədə məlumat
Pərakəndə xidmətlər və istehlak kreditləri komandamıza bank sahəsində karyera qurmaq və peşəkar inkişaf etmək istəyən namizədləri dəvət edirik. Bu rolda siz redit müraciətlərinin rəsmiləşdirilməsində, hesab və əmanət əməliyyatlarının həyata keçirilməsində, eləcə də müxtəlif Bank xidmətlərinin göstərilməsində iştirak edəcəksiniz.
Vəzifə öhdəlikləri
- Kredit sifarişlərinin qəbul olunması;
- Müştərilərə kredit məhsulları və şərtləri barədə ətraflı məlumat verilməsi;
- Kreditlərin rəsmiləşdirilməsi və müvafiq sənədləşmənin aparılması;
- Fiziki şəxslər üçün bank hesablarının açılması və bağlanması;
- Hesablar üzrə pul köçürmələrinin həyata keçirilməsi;
- Əmanət məhsullarının rəsmiləşdirilməsi;
- Sürətli pulköçürmə sistemləri vasitəsilə vəsait köçürmələrinin icrası;
- Fiziki şəxslərə müraciətləri və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün növ bank xidmətlərinin göstərilməsi
Biz nə təklif edirik?
- Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
- Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
- Güclü komanda ruhu və müasir korporativ iş mühit
Namizədə tələblər
- Ali təhsil;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Rus dili biliyi arzuolunandır;
- Müştəri yönümlülük;
- İşdə dəqiqlik və detallara diqqət
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar