Bank
Virtual müştəri xidmətləri departamentinin Fərdi müştərilərə dəstək şöbəsinin Fərdi müştərilərə dəstək 1 qrupunun Kiçik mütəxəssisi
PASHA Bank
Razılaşma
15 baxış
Elan #17899
Ətraflı məlumat
İş barədə məlumat
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi , Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması;
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, qeydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi;
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi.
Namizədə tələblər
- Təhsil səviyyəsi və istiqaməti - İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
- İş təcrübəsi (il və/və ya sahə olaraq) - Müvafiq sahə üzrə minimum 0-1 il;
- Texniki səriştələr - Daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Dil bilikləri - İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri - Microsoft Office (Excel, Word);
- Digər - Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar