Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Mühasibat

Mühasibatlıq və Vergi Baş mütəxəssis

PASHA Bank
Razılaşma 146 baxış Elan #17892

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

5 ildən artıq

Elan tarixi

17.07.2026

Bitmə tarixi

31.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.pashabank.az

Kateqoriya

Mühasibat

İş barədə məlumat

  • Bank üzrə bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək;
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Vergi uçotunun Vergi Məcəlləsinə və Bankın daxili siyasətlərinə uyğun aparılmasına nəzarət etmək;
  • Mühasibat uçotu ilə vergi uçotu arasında yaranan fərqləri təhlil etmək və düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi risklərini müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq
  • Bankın struktur bölmələrinə vergi məsələləri üzrə metodoloji dəstək və məsləhətlər vermək;
  • Yeni məhsulların, layihələrin və biznes təşəbbüslərinin vergi aspektindən təhlilində iştirak etmək;
  • Müqavilələrin vergi və mühasibatlıq baxımından ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Vergi orqanları ilə yazışmaları hazırlamaq, sorğulara cavab vermək və rəsmi mövqelərin alınmasını koordinasiya etmək;
  • Vergi yoxlamaları, daxili audit, xarici audit və digər nəzarət tədbirlərində Bankı təmsil etmək, tələb olunan məlumatları təqdim etmək;
  • Vergi güzəştlərinin və beynəlxalq ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiq imkanlarını qiymətləndirmək və tətbiqini təmin etmək;
  • Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, təsirlərini qiymətləndirmək və aidiyyəti bölmələri məlumatlandırmaq;
  • Vergi proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması layihələrində iştirak etmək, yeni həllər üzrə tələblər hazırlamaq;
  • ERP və digər informasiya sistemlərində vergi tələblərinin düzgün tətbiqinə dəstək vermək;
  • Vergi hesablamaları üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Ay sonu və il sonu bağlanış proseslərində vergi hissəsinin düzgün və vaxtında tamamlanmasını təmin etmək;

Namizədə tələblər

  • Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
  •  İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 5 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
  • Sertifikatlar: ACCA (F6/TX, DipIFR üstünlükdür), CAP/CIPA və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlük hesab edilir.
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (üstünlükdür).
  • Kompüter bilikləri: MS Excel (yüksək səviyyədə), ERP sistemləri (SAP, Oracle və s.)- arzu olunandır, Power BI üstünlükdür.
  • Digər bacarıqlar: Analitik düşüncə, qanunvericiliyin təhlili, problem həll etmə, təqdimat və yazılı ünsiyyət bacarığı, layihələrin idarə olunması, komandalararası əməkdaşlıq.

Qanunvericilik bilikləri:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yüksək səviyyədə);
  • "Mühasibat uçotu haqqında" Qanun;
  • MHBS (xüsusilə IAS 12, IFRS 9 və IFRIC şərhləri üzrə baza bilikləri);
  • Mərkəzi Bankın banklar üçün normativ tələbləri.

Vakansiya növü - Tam ştat

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn