Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Audit

Xərclər üzrə nəzarətçi

Bridge Group of Companies
Razılaşma 103 baxış Elan #17805

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

30.06.2026

Bitmə tarixi

29.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Audit

İş barədə məlumat

İş şəraiti

  • İşəgötürən: Bridge Group of Companies MMC
  • İş yeri: Bridge Plaza
  • İş qrafiki: 5 günlük, 09:30-18:00

 

Vəzifə öhdəliyi:

  • Layihələr üzrə təsdiq edilmiş büdcələrin icrasına nəzarət etmək;
  • Layihə xərclərinin ayrılmış büdcə çərçivəsində həyata keçirilməsini izləmək və mümkün kənarlaşmaları müəyyən etmək;
  • Büdcədən kənarlaşma riski yarandıqda aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq;
  • Layihələr üzrə xərc məlumatlarının toplanması, təhlili və hesabatların hazırlanmasında iştirak etmək;
  • F-2 və F-3 aktlarının hazırlanması prosesində iştirak etmək və məlumatların düzgünlüyünü yoxlamaq;
  • Aktların hazırlanması üçün tələb olunan maliyyə və texniki məlumatları aidiyyəti struktur bölmələrdən toplamaq;
  • Layihə rəhbərləri və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Rəhbərlik tərəfindən tələb olunan digər hesabat və təhlilləri hazırlamaq.

Namizədə tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil; 
  • Cost Control, Büdcələmə və ya Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Layihə büdcələrinin hazırlanması və icrasına nəzarət sahəsində biliklər; 
  • F-2 və F-3 aktlarının hazırlanması və ya bu prosesdə iştirak təcrübəsi (üstünlükdür); 
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək; 
  • Analitik düşünmə, detallara diqqət və məsuliyyətlilik; 
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

 

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mühasib” qeyd etməklə CV-lərini recruitmentfinance@bridge.az elektron poçt ünvanına göndərə bilərlər. 

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn