Bank
Kiçik və orta sahibkarlıq bankçılığı departamentinin KOS Bakı Fillialları üzrə Satış və Əməliyyatlar / Landmark şöbəsinin Müştəri Xidmətləri qrupunun Mütəxəssisi
PASHA Bank
Razılaşma
12 baxış
Elan #17803
Ətraflı məlumat
İş barədə məlumat
- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
- Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
- Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası;
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi;
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
- Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
- Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
- Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Namizədə tələblər
- Təhsil səviyyəsi və istiqaməti- İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
- İş təcrübəsi (il və/və ya sahə olaraq)- 1-3 il;
- Texniki səriştələr- Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
- Yumşaq səriştələr-Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
- Dil bilikləri- İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
- Kompüter bilikləri- Microsoft Office (Excel, Word);
- Digər- Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar