Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Sığorta

Dələduzluq hallarının idarə edilməsi üzrə baş mütəxəssis

PASHA Life
Razılaşma 15 baxış Elan #17795

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

25.06.2026

Bitmə tarixi

25.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Sığorta

İş barədə məlumat

Risklərin İdarəedilməsi Departamenti

Vəzifə öhdəlikləri:

  • Şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların (intervyular, qeydlərin təhlili və s.) aparılması;
  • Dələduzluq hallarının aşkarlanması üçün mexanizmlərin qurulması (ƏRG, dashboard və s.);
  • Dələduzluq halları üzrə məlumatların toplanması və təhlili;
  • Dələduzluq riskləri ilə bağlı keyslərin izlənilməsi, nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
  • Dələduzluq ilə əlaqəli qanunvericilik tələblərinin izlənilməsi;
  • Əməkdaşların dələduzluq riskləri və nəzarət metodları ilə bağlı maarifləndirilməsi;
  • Dələduzluq risklərinin idarə edilməsi üçün normativ bazanın yaradılması və təkmilləşdirilməsi;
  • Araşdırma nəticələri ilə bağlı əhatəli hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Namizədə tələblər

  • İş təcrübəsi: Risk sahəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
  • Təhsil: İdarəetmə, Maliyyə, İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta;
  • Üstünlüklər: Certified Fraud Examiner (CFE), Certified Financial Crime Specialist (CFCS) sertifikatlarının/lisenziyalarının olması; SQL və Python üzrə biliklər;
  • Kompüter bilikləri: MS Office – əla;
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn