Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Bank

Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Mütəxəssisi

PASHA Bank
Razılaşma 13 baxış Elan #17671

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

10.06.2026

Bitmə tarixi

09.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.pashabank.az

Kateqoriya

Bank

İş barədə məlumat

  • Problemli kreditlərlə iş üzrə metodologiya və prosedurlara əsasən işin icrası;
  • Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (Rəqəmsal KOS və Fərdi Bankçılıq);
  • Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi;
  • Kreditlərin restrukturizasiyası və bərpası;
  • Ödənişi gecikdirilmiş müştərilərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;
  • Gecikdirilmiş və qeyri-işlək kreditlər üzrə borcalanlar bazasının monitorinqi və təhlili;
  • Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması və gecikmə səbəblərinin müəyyənləşdirilməsi və Bank üçün uyğun olduqda müvafiq təkliflərin verilməsi (bank daxili görüşlər, biznes və ev ünvanlarına baxışlar, telefon zəngləri, mesajlar və s. vasitəsilə);
  • Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;
  • Geri ödənişlərin stimullaşdırılması üçün restrukturizasiya, möhlət, güzəşt və digər bərpa alətlərinə dair ilkin qiymətləndirmənin aparılması;
  • Görülən tədbirlərin və danışıqların nəticələrinin daxili sistemlərdə qeydiyyatının aparılması;
  • Müştərilərin davranışlarına nəzarət və onların təhlili;
  • Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi üçün proseslərin başladılması;
  • İcraatın hüquqi mərhələyə keçməsi halında mütəmadi olaraq statuslar barədə məlumatın əldə olunması;
  • Məhkəmədən kənar təminatların (aktivlərin) satışının icrası;
  • Mövcud qaydalar və prosedurlar çərçivəsində işin aparılması və konfidensiallığın qorunması;
  • Daxili normativ sənədlərlə tanışlıq və onların tələblərinə riayət olunması;
  • Komanda ilə effektiv əməkdaşlıq və müştəri yönümlü yanaşmanın təmin olunması;
  • Struktur bölmənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);
  • Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.

Namizədə tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Kreditlərin bərpası, kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi üzrə minimum 2 il arzu olunandır;
  • Xarici dil: İngilis dili (orta) və ya Rus dili (orta);
  • Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər;
  • Başqa tələblər: Güclü ünsiyyət qabiliyyəti və münaqişələrin həlli bacarıqları.

Vakansiya növü - Tam ştat

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn