Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Mühasibat

Mühasib

MJ Finance
700 - 900 AZN 148 baxış Elan #17660

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

09.06.2026

Bitmə tarixi

08.07.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.mjfinance.az

Kateqoriya

Mühasibat

İş barədə məlumat

  • Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək;
  • Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
  • Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək;
  • Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq;
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
  • ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
  • DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.

 

İş barədə məlumat:

  • Əmək haqqı: 700-900 AZN
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 09:00-18:00 

Namizədə tələblər

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır);
  • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək;
  • Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə;
  • Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı;
  • Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.

 

CV-lərinizi “Mühasib” başlığı altında hr@mjfinance.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn