Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
İnsan Resursları

İnsan Resursları üzrə mütəxəssis

Falcon Finance
Razılaşma 21 baxış Elan #17516

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

21 - 35 yaş

Cins

Qadın

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

20.05.2026

Bitmə tarixi

14.06.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.falcon.az

Kateqoriya

İnsan Resursları

İş barədə məlumat

BOKT “Falcon Finance” MMC İnsan resursları üzrə mütəxəssis vakansiyası elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

Əsas vəzifələr:

  • Yeni işçilərin işə qəbulu, müqavilələrin hazırlanması və sənədlərin formalaşdırılmasında dəstək göstərmək;
  • İşdən çıxan əməkdaşların sənədlərinin düzgün tərtib olunmasında dəstək göstərmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək;
  • HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı, dövriyyə göstəriciləri və s.) hazırlanmasında iştirak etmək;
  • HR fayllarının arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək;  
  • HR tədbirlərinin (təlimlər, görüşlər, daxili aksiyalar və s.) təşkilinə inzibati dəstək göstərmək;
  • Yeni əməkdaşların adaptasiya prosesində iştirak etmək və ilkin məlumatlandırmanı dəstək göstərmək;
  • HR siyasət və prosedurlarının tətbiqində komanda üzvlərinə dəstək olmaq;
  • İşçilərin şəxsi məlumatlarının HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək;
  • İR layihələrində aktiv iştirak etmək;
  • Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək;
  • Layihələr üzrə vizualların hazırlanmasında ideyaların verilməsi;
  • Layihələr üzrə sənədləşmə işlərinin həyata keçirilməsi;
  • İllik işçi bağlılığı sorğumuzdan əldə edilən rəy əsasında əsas kommunikasiya fəaliyyətlərini formalaşdırması və məlumatlandırması;
  • Daxili tədbirlərin və layihələrin təşkilində kömək və iştirak etməsi;

Namizədə tələblər

  • Yaş: 21 — 35 yaş
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: Qadın 

Qeyd - Bank və BOKT təcrübəsi olan namizədlər tələb olunur

 

Göstərilən tələblərə cavab verən, xüsusi ilə Bank və BOKT təcrübəsi olan namizədlərin CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə hr@falconfinance.az elektron ünvanına göndərməkləri xahiş olunur.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn