Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
CV göndər
Mühasibat

Mühasib

MJ Finance
800 - 900 AZN 316 baxış Elan #17269

Şəhər

Bakı

Yaş

25 - 35 yaş

Təhsil

Orta ixtisas

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

22.04.2026

Bitmə tarixi

22.05.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Mühasibat

İş barədə məlumat

  • Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək
  • Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək
  • Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək
  • Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək
  • ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək
  • DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək. Əmək haqqı: 800-900 AZN İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç. Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: 09:00-18:00

Namizədə tələblər

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
  • Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır)
  • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək
  • Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə
  • Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı
  • Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür. CV-lərinizi “Mühasib” başlığı altında göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.