İş barədə məlumat
- Aylıq, rüblük və illik iadəetmə hesabatlarının/ Müşahidə Şuranın hesabatlarının hazırlanmasında iştirak etmək
- İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanmasında iştirak etmək
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsində iştirak etmək
- Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılmasına dəstək göstərilməsi
- Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması
- Kənar audit, bank və digər orqanların sorğuların vaxtında cavablandırılmasına dəstək olmaq
- Şirkətin rəhbərliyə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanmasında iştirak etmək
- Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən cəlb olunmuş digər işləri vaxtında və düzgün icra etmək.
Namizədə tələblər
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır)
- ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür (qeyd olunan sertifikatları hələ əldə etməmiş namizədlərin bu mövzularda bilgili olması isə mütləqdir)
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, ingilis dilində orta səviyyədə yazı bacarığı, mühasibat uçotu və maliyyə terminlərini bilməsi
- MS Office proqramlarından istifadə (xüsusilə MS Excel)
- Analitik düşüncə qabiliyyətinin olması
- Çeviklik və yeniliklərə uyğunlaşma bacarığı
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı olmaldıır. İş şəraitinin şərtləri:
- İş qrafiki: 09:00-18:00
- İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
- Ə/h müsahibə əsasında təyin olunur. E-mail:hr@apc.az/ info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar