Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Təklif göndər

Sevinc Hacıyeva

Mühasib köməkçisi

600 AZN Elan #2854 4 baxış

Şəhər

Bakı

Yaş

25 yaş

Cins

Qadın

Ailə vəziyyəti

Subay

Təhsil

Ali

Elan tarixi

12.05.2026

Bitmə tarixi

12.06.2026

Kateqoriya

Təlim

Şəkil

Sevinc

Təhsil müəssisələri

Azərbaycan Dövlət İqtisad universiteti(UNEC)
Maliyyə və mühasibat/Maliyyə
2020-2024
87.40 GPA

Kurslar

Meslehetçi.az praktiki mühasibatlıq kursunu bitirdikdən sonra, mən müxtəlif mühasibatlıq əməliyyatları və analitik proseslər haqqında dərin biliklər əldə etdim. Kurs müddətində bank və kassa əməliyyatları, alış və satış əməliyyatları, anbar əməliyyatları, əsas vəsaitlər üzrə əməliyyatlar, əmək haqqı üzrə əməliyyatlar və hesablar üzrə analizlər mövzularında ətraflı məlumat əldə etdim. Bu biliklər sayəsində mən mühasibatlıq sahəsində praktiki bacarıqlarımı inkişaf etdirdim və maliyyə əməliyyatlarının düzgün qeydiyyatı və idarə olunması barədə aydın təsəvvür əldə etdim. Həmçinin, real iş mühitində qarşılaşılacaq mühasibatlıq məsələlərinə yanaşma tərzim daha da peşəkarlaşdı. Bu kurs mənim gələcək karyeramda mühasibatlıq və maliyyə sahəsində daha böyük uğurlar əldə etməyim üçün möhkəm əsaslar yaratdı.

Xarici dillər

İngilis Orta

Əlavə məlumat

Maliyyə və uçot əməliyyatları:
Gündəlik kassa və bank əməliyyatlarının (nağd pul hərəkətləri, bank köçürmələri, ödəniş tapşırıqları və hesablaşmalar) uçotunun aparılması və nəzarəti
Elektron qaimələrin hazırlanması və təsdiqi
Mühasibat proqramında (1C 8.3) əməliyyatların düzgün əks etdirilməsi
Satış xərclərinin və “Müştəri sifarişləri” əsasında formalaşan əməliyyatların qeydiyyatı və hesabatlarda əks etdirilməsi
Anbar və satış əməliyyatları:
Gündəlik rəsmi anbar əməliyyatlarının aparılması və uçotu
Pərakəndə (nağd və POS) və topdan satışlar üzrə malların anbardan çıxışının sistem üzərindən qeydiyyatı və nəzarəti
Anbar məlumatlarının satış və mühasibat uçotu ilə uzlaşdırılması, uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması
Kadr və inzibati əməliyyatlar:
İşə qəbul prosesində işçilərin məlumatlarının toplanması, sistemləşdirilməsi və uçotu
Əmək haqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması
Şirkətlərarası müqavilələrin hazırlanması, imza prosesinin təşkili və arxivləşdirilməsi
Hesabatlılıq və nəzarət:
Baş mühasibə gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanmasında operativ dəstək
Daxili maliyyə nəzarət prosedurlarının icrasında iştirak

İş Təcrübəsi

1 ildən 3 ilə qədər

10.2025 — 02.2026

Mühasib köməkçisi

Hikvision Co MMC

04.2025 — 10.2025

Mühasib köməkçisi

Əsədoğlu Group MMC