Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

2022-ci ildə tələb olunacaq 10 ən yaxşı mühasibat peşəsi (3-cü hissə)

2. Maliyyə analitiki

Orta illik əməkhaqqı: 67284 dollar

Maliyyə analitiki – kənar və ya daxili müştərilərilərdən ötrü maliyyə təhlili aparmaq üçün təlim keçmiş peşəkardır ki, bu da onun işinin əsas aspektidir.

O, bazar tendensiyaları, bir şirkətin və ya oxşar işlərlə məşğul olan şirkətlərin maliyyə vəziyyəti kimi amillərlə bağlı apardıqları təhlillərə əsaslanaraq təşkilatlara biznes məsləhətləri verir.

Müştərilərinin vəziyyətindən və vəsaitlərinin ölçüsündən asılı olaraq, maliyyə analitikləri milyonlarla dollar dəyərində olan şirkət və təşkilatlara məsləhətlər verirlər.

3. Risk analitiki

Orta illik əməkhaqı: 77 253 dollar

Risk analitikləri təşkilatın yaxın gələcəkdə üzləşə biləcəyi potensial maliyyə risklərini qiymətləndirmək üçün təşkilatlarla sıx əməkdaşlıq edirlər.

Onlar potensial itkiləri proqnozlaşdırmaq və diversifikasiya etmək, valyuta mübadiləsi və digər investisiya strategiyaları vasitəsilə riskləri necə məhdudlaşdırmaq barədə məsləhətlər vermək üçün analitik bacarıqlarından istifadə edirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


4. Uyğunluq üzrə əməkdaş

Orta illik əməkhaqqı: 62 771 dollar

Komplayens üzrə mütəxəssis – bu, şirkətdə xarici normativ və hüquqi tələblərə, həmçinin daxili siyasətlərə və daxili qanunlara riayət olunmasını təmin edən məsləhətçidir.

Adətən, uyğunluq üzrə əməkdaşların öz sahibkarları qarşısında normativ riskləri müəyyən etmək və onları idarə etmək kimi rəhbərlik və işçi heyəti ilə işləmək vəzifəsi durur.

Onlar öz təşkilatlarının dövlət qərarlarına uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyırlar, həmçinin böyük cərimələrə, hüquqi nəticələrə və nüfuzuna xələl gətirə biləcək səhvlərdən çəkinməkdə onlara kömək edirlər.

Bu, mühasibat uçotu sahəsində dərhal məşğul ola biləcəyiniz ən gəlirli peşələrdən biridir. Komplayens menecerlərinə tələbat yüksəkdir və təlimdən qısa müddət sonra işə düzəlməyinizdən demək olar ki, əmin ola bilərsiniz.

Tarix : 05.05.2022

Baxışların sayı: 730