Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş mühasib

Razılaşma

Shahbulaq Mining MMC

Baxışların sayı: 179

Elan #9078

Şəhər
Bakı
Yaş
25 - 55 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
14.09.2023
Bitmə tarixi
14.10.2023
Əlaqədar şəxs
Gunel Mammadova
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

Cəmiyyətin fəaliyyət xüsusiyyətlərini, təsərrüfat strukturunu, ölçüsünü, fəaliyyət novünü nəzərə almaq, uçot siyasətini formalaşdırmaq
Mənfəət və Zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans haqqında hesabatın aylıq tərtib edilib, rəhbərliyə təqdim edilməsi
Şirkətin xaricdəki nümayəndəsinə hesabatın göndərilməsi, müvafiq olaraq ödənişin edilməsi
Nağd pul vəsaitlərinin və pul sənədlərinin qəbulu və verilməsi.
Mühasibatlıq, idarəetmə, statistikvə vergi uçotunun tələblərinə cavab verən uçot və hesabatlarının məlumat sistemin formalaşdırılması rəhbərlik etmək, daxili və xarici istifadəçilərə lazımı məlumatların təqdim olmasını təmin etmək
Xərclər smetası, əmlakı, əsas vəsaitlərin, öhdəliklərin, material ehtiyyatlarının , pul vəsaitlərinin , istehsalat dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin , Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq
Təsərrüfat əməliyyatlarının uçotunu, aktivlərin hərəkətini, gəlir və xərclərin yaranmasını, öhdəlikləri yerinə yetilməsini balans hesablarında dəqiq və vaxtlı-vaxtında əks olunması təmin etmək
Bütün lazımı maliyyə hesabatlarının hazırlanması , idarəetmə uçotunu daxili idarəetmə hesabatlarını hazırlamasını, xərclərin və ehtiyyatların hesablanmasını həyata keçirmək
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təsərrüfat əməliyyatlarında istifadə olunani ikin uçot sənədlərini hazırlamaq və təsdiq etmək
Təsərrüfat əməliyyatların uçotuna, sənəd dövriyyəsinin təşkilinə , məlumatın texnoloji tərəfindən emal olunmasına və onun məxfiliyini qorunmasına daxili nəzarət sistemini təşkil etmək.

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir

Namizədə tələblər

İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
Mühasibat və maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
MS Office - Excel, 1C proqramları bacarığı;
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;



Zəhmət olmasa yuxarıdakı tələblərə uyğun olmayan namizədlər cv göndərməsin.Uyğun namizədlər CV formalarını gunel.mammadova@shahbulagmining.az mail-nə göndərə bilərlər.

X