İş barədə məlumat
«Atəşgah» sığorta şirkətinin «Sığorta Akademiyası» layihəsi üzrə yeni seçim mərhələsinə start verilir!
Bu dəfə, karyerasını Sığorta istiqamətində qurmağı planlaşdıran potensial gənclər öz başlanğıc texniki biliklərini «Atəşgah Sığorta Akademiyası» da daha da inkişaf etdirərək, aktiv layihələrimizdə iştirak etmək şansı qazanacaqlar. Gələcək karyerasını Atəşgah ilə davam etdirmək istəyən və peşəkarlığına güvənən hər bir gənc layihəmizə qatıla bilər. Proqramı uğurla bitirən namizədlər Atəşgah komandasına qoşulmaq imkanı əldə edəcək!
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
İş şərtləri:
İş vaxtı 09:00 - 18:00
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Biz sizə nə təklif edirik?
Karyera və inkişaf üçün əla fürsətlər
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
İşlə təmin olunma imkanı
Müasir idarəetmə sistemi və mehriban kollektiv
Satışlara əsasən artan gəlir