Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan Resursları üzrə Mütəxəssis

Razılaşma

Aztelekom

Baxışların sayı: 739

Elan #9059

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
12.09.2023
Bitmə tarixi
07.10.2023
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
Kadr işləri üzrə mütəxəssis

İş barədə məlumat

• Kadr İşləri üzrə mütəxəssis fəaliyətini Kadr Kargüzarlığı və İşə Qəbul prosesini, Əmək Məcəlləsinin, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır ;
• Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
• Kadr məlumat bazasını, dəyişiklikləri nəzarə almaqla, daim yeniləyir;
• Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşməni (əmək kitabçalar, mənzuniyət uçotu, əmrlər, işləmə qabliyyəti olmama baradə (xəstəlik) vərəqələr, davamiyyət tabelləri zamanında və keyfiyyətlə aparır;
• “İşçilərin”şəxsi fayllarını yaradır və fəaliyyətləri ilə bağlı yenilikləri nəzarə almaqla zəruri dəyişiliklər edir;
• Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil verir;
• Kadr axını və digər müəyyən olunmuş hesabatları verir;
• Attestasiyaya dair sənədləşməni müəyyən olunmuş qaydada aparır;
• Həmkarlar tərəfindən tələb olunan arayışları, əmək kitabçalarının sürətlərini və digər zəruri sənədləri düzgün doldurur və zamanında tələb olunan yerə çatdırır;
• “İşçilərin”şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
• Departamentin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
• İş yükü artiq olduğu zaman (mütamadi olaraq) və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur bölmələrinin işinə dəstək olur;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər

• Ali Təhsili/Orta ixtisas təhsili;
• Kadr Kargüzarlıq sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl bilməlidir;
• Müasir İnsan Resursları trendlərini bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidır, İngilis və Rus dilləri arzuolunandır;
• Kadr kargüzarlığına aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır.


E-mail: recruitment@aztelekom.az / info@finstaff.az

X