Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasib (Restoran sahəsi üzrə) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
• Bu vəzifənin rolu məhsullar üzrə məlumatları bazaya daxil etmək, mütəmadi olaraq yoxlamaq və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
• Cash Flow hesabatını exceldə aparılması;
• Korporativ satışlara aid kreditor və debitor hesabatının hazırlanması;
• Müqavilələr, təhvil/təslim aktlarını hazırlanması;
• Ödəniş vauçerlərinin yazılması və alınmış qaimələrin yoxlanması;
Satış proqramında işlər:
• Reseptlərin daxil edilməsi, maya dəyərinin hesablanması və yoxlanması;
• Alışların daxil edilməsi;
• Qiymət və menyu dəyişikliyinin olunması;
• Məhsul transferlərinin yoxlanması;
• Yeni məhsulun sistemə əlavə olunması;
• Baza üzrə inventarizasiyanın aparılması;
• Korporativ satışların qeydiyyatı;
Namizədə tələblər
Təhsil:
• Maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
Təcrübə:
• Maliyyə və ya Audit sahəsində min 3 il iş təcrübəsi;
• İctimai iaşə sektorunda iş təcrübəsi;
Professional biliklər:
• MS Office Proqramları;
• 1C və digər proqramlar üzrə təcrübə və biliklər arzu olunandır;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Mühasib (Restoran sahəsi üzrə) qeyd edərək recruitment@fbco.az / info@finstaff.az elektron poçt ünvanına göndərə bilərlər.