Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə üzrə təcrübə proqramı

200 AZN

Kontakt Home

Baxışların sayı: 125

Elan #9032

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
08.09.2023
Bitmə tarixi
06.10.2023
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
hr@kontakt.az
Kateqoriya
Digər
Alt kateqoriya
Təcrübə Proqramı

İş barədə məlumat

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2022-2023-ci illərin məzunlarını, Maliyyə sahəsi üzrə təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar.

Təcrübə proqramı sizə nə qazandıracaq?

Real iş mühiti ilə tanışlıq;
Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı.

Vəzifə öhdəlikləri:

Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi və yoxlanılması;
Mühasibatlıq sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;
Baş mühasib tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

İş vaxtı: 09:00-13:00 / 14:00-18:00 (yarım ştat);
İş günləri: I-V günlər;
Əmək haqqı : 200 AZN (2 ay).

Namizədə tələblər

Tələblər:

Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və Audit yaxud digər oxşar ixtisaslar);
MS Office proqramlarından istifadə bacarığı;
Analitik düşünmə bacarığı, riyazi biliklər və məntiqi təfəkkür;
Sərbəst ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;
Özünü inkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı.


E-mail: hr@kontakt.az / info@finstaff.az
Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə Kontaktın Təcrübə Proqramına müraciət et.

X