İş barədə məlumat
Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və müəssisənin iqtisadi dayanıqlığının qorunması ilə bağlı faəliyyətin həyata keçirilməsi;
Təşkilatın maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması, əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlların müəyyən edilməsi;
Təşkil ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
Müəssisələrin əməliyyat büdcəsini və İnzibati hesabatların hazırlanmasını koordinasiya etmək,
Aylıq, rüblük və illik olaraq maliyyə hesabatlarını hazırlatdırmaq,
Müəssisənin aylıq və illik fəaliyyətini və idarə etmə hesabatlarını gözdən keçirərək lazımi tədbirlərin görülməsi üçün əlaqəli şöbələrlə paylaşmaq və sahəsinə uyğun fəaliyyətləri izləmək,
Maliyyə hesabatları, nağd pul dövriyyəsi mühasibatlıq və xərc hesabatlarına aid bütün prosesləri idarə etmək,
Ümumi Mühasibatlıq uçotu, Xərclər uçotu və Xərclər hesabatları üzrə baş mühasiblərə istiqamət vermək və nəzarət etmək,
Vergi və digər rəsmi öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlamaq və idarə etmək,
Qrup şirkətləri arasında alış, satış, gəlir, xərc qeydiyyatlarında yaranan səhvləri digər şirkət rəhbərləri və Mərkəzi Maliyyə şöbəsiylə danışıqlar apararaq həll yolunu təmin etmək,
Şirkətlərin banklar, kredit təşkilatları, maliyyə qurumları və dövlət orqanları ilə olan əlaqələrini Mərkəzi Maliyyə Direktorluğuyla birlikdə əlaqəli formada idarə etmək,
Tabeliyində olan işçilərin inkişafını təmin etmək onların ehtiyata alınmasını, təyinat üzrə yönləndirilməsini, təlimlərini İR ilə birlikdə planlamalı,
İnkişaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri