Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib

800 - 1000 AZN

CS Group

Baxışların sayı: 455

Elan #9012

Şəhər
Bakı
Yaş
27 - 40 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
06.09.2023
Bitmə tarixi
06.10.2023
Əlaqədar şəxs
Arzu xanım
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- İş qrafiki: bazar ertəsi - cümə (09:00-18:00), nahar 13:00-14:00;
- Əmək haqqı; 800-1000 azn;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Ünvan: Zərifə Əliyeva küç., 55, Yeni Hayat Plaza.

Namizədə tələblər

- Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
- Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
-Elektron hökümət portallarında işləmə bacarığı;
- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Yaş həddi: 27-40;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan şəxslərdən cv-lərini “mühasib” başlığı altında arzu.magerram@csgroup.az elektron ünvanına göndərməsi xahiş olunur. Qeyd: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur.

X